Dünya

Tatarıstanda sabah matəm günüdür |

Tatarıstan rəhbərliyi oktyabrın 11-ni matəm günü elan edib.
“Report” xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.
Belə ki, Prezident Rüstəm Minnixanov Menzelinskdə yaradılan qərargahın iclasında Tatarıstanda 11 oktyabrın matəm günü elan edilməsi haqqında qərar qəbul edilb.
Qeyd edək ki, bu gün Tatarıstanda “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.
Hadisəyə kiçikhəcmli təyyarənin həddindən artıq yüklənməsinin səbəb olduğu deyilir.
Qəza ilə bağlı artıq cinayət işi də açılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button