İqtisadiyyat

Tarif Şurası dərman vasitələrinin ekspertizasına dair tariflər müəyyənləşdirəcək

Nazirlər Kabineti “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi farmakonəzarət sənədlərinin ekspertizasını həyata keçirir.
Qüvvədə ola Qaydaya əsasən, ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər, o cümlədən aparılacaq ekspertizanın həcmi, müddəti, xidmətin dəyəri “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənib.
Dəyişikliyə əsasən, artıq ekspertiza dərman vasitəsinin qeydiyyata alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı keçirildikdə tərəflər arasında münasibətlər Qurum ilə vəsiqə sahibi və ya təşkilat arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Ekspertiza “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button