Mədəniyyət

Tanınmış italyan aktrisa Monika Vitti vəfat edib

Tanınmış italiyalı aktrisa Monika Vitti vəfat edib.

90 yaşlı aktrisa bu gün dünyasını dəyişib. O, ağır genetik xəstəlik səbəbindən son 20 il ərzində ictimaiyyət arasında çıxmırdı.

Qeyd edək ki, əsl adı Mariya Luisa Çeçarelli olan aktrisa 1931-ci il noyabrın 3-də Romada doğulub.

Aktrisanın ən populyar filmləri – “Macəra” (1960), “Gecə (1961), “Tutulma” (1962), “Qırmızı səhra” (1964) və “Silahlı qız” (1968) olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button