Mədəniyyət

Tanınmış azərbaycanlı rəssam Moskvada koronavirusdan dünyasını dəyişib

Moskvada tanınmış azərbaycanlı rəssam Abbas Kazımov koronavirusdan dünyasını dəyişib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımov noyabrın 8-də 65 yaşında vəfat edib.

Onun COVİD-19 virusundan xəstəxanada vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvü olub. O, rəngkarlıqda “xalça üslubu”nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun “Pirosmaniyə həsr edilir” silsilə qrafik əsərlər, “Qırmızı və Qara”, “Nağıl”, “Qarabağ atları” silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılıb. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kanadada təşkil olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button