İqtisadiyyat

“Talış kəndinə yol ərazilərin minalardan təmizlənməsi ilə paralel çəkilib”

“Talış kəndinə yeni çəkilmiş və asfaltlanmış 29 km yolla getdik”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”-də paylaşımda bildirib.
H. Hacıyev qeyd edib ki, Talış kəndinə yol ərazilərin minalardan təmizlənməsi ilə paralel çəkilib: “Prezident İlham Əliyev tərəfindən başladılan postkonfilikt dövründəki presedentsiz bərpa layihəsi ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq həyata keçirilib. Layihə Azərbaycanın özünün maliyyə, inzibati və idarəetmə resursları ilə reallaşıb”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button