Dünya

“Taliban”ın Osloya səfəri Kabildə yeni hökmdarların tanınması demək deyil

Norveçin xarici işlər naziri Anniken Huitfeldt deyib ki, “Taliban” nümayəndə heyətinin Norveçə son səfərindən təbliğat məqsədilə istifadə edə bilər, lakin bu, heç bir şəkildə hərəkatın Əfqanıstandakı hakimiyyətinin tanınması demək deyil.

“Sputnik” A. Huitfeldtdən sitat gətirib: “Taliban”ın səfərdən təbliğat məqsədləri üçün istifadə etməyə çalışması riski var. Lakin birləşmiş beynəlxalq ictimaiyyət yekdildir ki, Əfqanıstandakı müvəqqəti “Taliban” hökumətinin rəsmi tanınması üçün hələ tezdir”.

Nazir həmçinin deyib ki, “Taliban” Əfqanıstanda insan haqlarına, o cümlədən qızların və qadınların bərabər şərtlərlə təhsil və işləmək hüququna hörmətlə yanaşmağa sadiqliyini nümayiş etdirməlidir.

A.Huitfeldt “Taliban”dan ölkənin yenidən beynəlxalq terrorizmin mərkəzinə çevrilməsinin qarşısını almaq üçün hərtərəfli addımlar atmağı xahiş edib: “Görüşlər Norveçin müttəfiqləri və tərəfdaş ölkələri ilə müzakirə olunub. Onlar buna qarşı çıxmayıblar və biz razıyıq ki, bu, tanınma istiqamətində addımlar atmır və tələb etmir”.

Xarici işlər naziri həmçinin bildirib ki, Osloya səfər etmiş şəxslərdən heç biri terrorizmə görə beynəlxalq axtarışda deyil.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button