Dünya

“Taliban” Rusiyadan yardım istəyib |

“Rusiya Əfqanıstanla BMT arasında vasitəçi ola bilər”.
“Report” xəbər verir ki, bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib.
“Rusiya BMT ilə bizim aramızda, o cümlədən sanksiyalarla təzyiqlərin səviyyəsinin azaldılması məsələsində vasitəçi ola bilər”, – o qeyd edib.
Z.Mücahid deyib ki, “Taliban” Rusiyadan Əfqanıstanda sülhün yaranması, eləcə də başqa dövlətlərlə münasibətlərin bərpası üçün səy göstərməsini istəyib.
Qeyd edək ki, “Taliban” BMT-də xüsusi nümayəndəsinin tanınmasını istəyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button