Dünya

“Taliban” rəhbərliyi üç müxalif düşərgəyə bölünüb

“Taliban” hərəkatının rəhbərliyi üç müxalif düşərgəyə parçalanıb.

“Afganistan International” telekanalı xəbər verir ki, birinci qrupa “Taliban” tərəfindən təyin edilmiş Əfqanıstan müvəqqəti Nazirlər Kabinetinin sədr müavini Əbdül Qani Baradar rəhbərlik edir. O və tərəfdarları ABŞ-la sülh prosesinin və danışıqların davam etdirilməsinin tərəfdarıdır.

İkinci qanad “Taliban”ın ilk lideri Molla Ömərin oğlu, müvəqqəti hökumətdə Müdafiə Nazirliyinin rəhbəri vəzifəsində çalışan Məhəmməd Yaqubun rəhbərlik etdiyi hərbiləşdirilmiş qrupdur.

Üçüncü qanad, əsasən Əfqanıstandakı çoxsaylı terror aktları ilə tanınan “Taliban”a bağlı Haqqani Şəbəkəsi ilə təmsil olunur. Bu radikal qrupa son dərəcə qapalı həyat tərzi sürən Əfqanıstanın daxili işlər naziri Siracuddin Haqqani rəhbərlik edir. Haqqani bu yaxınlarda Qətərdə “Əl-Cəzirə” telekanalına deyib ki, Vaşinqton radikal hərəkatın yaratdığı hökuməti tanımayana qədər “Taliban” ABŞ üçün təhlükədir. Lakin sonradan o, dediklərini təkzib edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button