Dünya

“Taliban” Pakistanla atəşkəs razılaşmasını uzatmaqdan imtina edib

Pakistandakı “Taliban hərəkatı” (“Təhrik-i-Taliban Pakistan”) rəsmi İslamabad ilə atəşkəs razılaşmasının müddətini uzatmaqdan imtina edib.

Bu barədə “Mepa News” saytı xəbər verir.

Bildirilib ki, “Taliban” hökuməti 6 maddəlik razılaşmanı pozmaqda və hərəkatın silahlılarına qarşı hərbi əməliyyatları davam etdirməkdə ittiham edib.

“Belə bir şəraitdə razılaşmanı uzatmaq mümkün deyil”, – “Taliban” bildirib.

Hərəkatın lideri Nur Vəli Məhsud Pakistanın hökumət qoşunlarına qarşı silahlı fəaliyyəti bərpa etmək haqqında əmr verib.

Məlumata görə, bu il noyabrın 8-də rəsmi İslamabadla hərəkat arasında biraylıq atəşkəs haqqında razılıq əldə olunmuşdu.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button