Dünya

“Taliban” lideri hökumətə daha iki nazir təyin edib

“Taliban” hərəkatının lideri Əfqanıstanın müvəqqəti hökumətinə yeni üzvlər təyin edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsü Zəbiullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, hərəkatın lideri Heybətullah Axundzadənin sərəncamına əsasən, Hacı Nurəddin Əzizi ticarət naziri, Abdul Bari Ömər isə səhiyyə naziri təyin edilib.
Qeyd edək ki, sentyabrın 7-də “Taliban” yeni hökumətin tərkibini elan edib. Heybətullah Axundzadənin sərəncamına əsasən, müvəqqəti hökumətin başçısı Məhəmməd Həsən Axunddur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button