Dünya

“Taliban” Kabildəki “Buş bazarı”nın adını dəyişib

“Taliban” hökuməti Əfqanıstanın paytaxtı Kabildəki “Buş bazarı”nın adını dəyişərək “Mücahidlər” qoyub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli tacirlər məlumat yayıblar.
Bildirilib ki, bazarın girişində “Mücahidlər” (“Mujahideen”) yazılmış lövhə asılıb.
Qeyd edək ki, bazar ABŞ-ın keçmiş Prezidenti kiçik Buşun şərəfinə “Bazar-e-Buş” adlanırdı.
Xatırladaq ki, “Taliban” Kabildəki beynəlxalq hava limanının da adını dəyişib. Aeroport əvvəllər Əfqanıstanın keçmiş Prezidenti Həmid Karzayın adını daşıyırdı. “Taliban” hava limanına 2011-ci ildə öldürülən Bürhanəddon Rəbbaninin adı verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button