Dünya

Taliban” 6-cı sinifdən sonra qızlar üçün təhsili qadağan edir

 

“Taliban” qızların orta məktəbə getməsinə icazə verilməyəcəyini elan etdikdən sonra beynəlxalq qınaqla üzləşib.

İstiqlal.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Deborah Lyons hazırda Qətərdə Əfqanıstan İslam Əmirliyinin rəsmisi kimi fəaliyyət göstərən Suhail Şahin ilə görüşündə deyib ki, “Taliban”ın qızların təhsili ilə bağlı qərarı ləğv edilmədiyi təqdirdə Əfqanıstana düzəlməz ziyan vuracaq”.

Əfqanıstanda yeni tədris ili başlayarkən “Taliban” oğlanların təhsillərini normal şəkildə davam etdirə biləcəklərini açıqlasa da, məktəblərin qapıları 6-cı sinifdən sonra qızlar üçün bağlı olacaq.

Dünən Kabildə onlarla tələbə “Taliban”ın qız məktəblərini bağlamaq qərarına etiraz olaraq aksiya keçirib. Bir sıra etirazçılar “Taliban” əleyhinə şüarlar səsləndirib. Şüarlardan birində “Heç bir din təhsilə mane olmayıb və qızların təhsil almasına qoyulan qadağa açıq-aşkar gender ayrı-seçkiliyidir” yazılıb.

“Taliban”ın əfqan qızlar üçün orta məktəbləri açmamaq hərəkətini pisləyən ABŞ və müttəfiqləri qrupu öz qərarını ləğv etməyə çağırıb. Kanada, Fransa, İtaliya, Norveç, Böyük Britaniya, ABŞ və Avropa İttifaqının Ali Nümayəndəsi xarici işlər nazirlərinin yaydığı birgə bəyanatda “Taliban”ın son qərarını pisləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button