Dünya

“Taliban” Əfqanıstanın Balx əyalətinə xüsusi təyinatlı qüvvələr göndərir

“Taliban” hərəkatı Əfqanıstanda təhlükəsizliyi təmin etmək üçün Balx əyalətinin paytaxtı Məzari Şərifdə fəaliyyət göstərəcək xüsusi təyinatlı qüvvələr yaradıb.
“Report”un məlumatına görə, bu barədə “Tolo News” yerli təhlükəsizlik qüvvələrinə istinadən xəbər verib.
Telekanalın məlumatına görə, bölmə “Mansuri diviziyası” adlanır. Xüsusi bölmənin üzvləri əsas vəzifələrinin Məzari-Şərif şəhərində artan cinayətlə mübarizə aparmaqdan ibarət olduğunu bildiriblər. Telekanal bildirib ki, təhlükəsizlik qüvvələri yaxşı təlim keçib və silahlanıb. Onların tabeliyindəki silah və hərbi texnikanın çoxu ABŞ-da istehsal olunur.
Balx əyaləti Əfqanıstanın şimalında yerləşir və Özbəkistan, Tacikistan, Türkmənistanla həmsərhəddir. Bəzi mənbələrə görə, təxminən 500 min insanın yaşadığı Məzari-Şərif şəhəri əhəmiyyətli ticarət və nəqliyyat mərkəzidir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button