Dünya

“Taliban”: Əfqanıstanda toya hücum edənlər hərəkatın adından istifadə edib

Əfqanıstanın Nanqarhar əyalətindəki toya hücum edənlər “Taliban” adının arxasında gizlənirlər.
“Report” xəbər verir ki, bunu “Taliban” sözçüsü və Əfqanıstan müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid tviterdə bildirib.
“Dünən gecə Nanqarhar əyalətinin Şamşpur Mar Qundi kəndindəki toyda üç nəfər “Taliban”ın adından istifadə edərək, musiqi çalmağı dayandırmağı tələb ediblər. Daha sonra onlar mərasim iştirakçılarına atəş açıblar. Nəticədə azı 3 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. İki şübhəli saxlanılıb, biri qaça bilib, o, hazırda axtarışdadır”, – Mücahid qeyd edib.
Qeyd edək ki, “Taliban” Əfqanıstanda toylarda canlı musiqini qadağan edib, indi kişilər və qadınlar müxtəlif salonlarda əyləşməlidirlər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button