Dünya

“Taliban” Əfqanıstan-Pakistan sərhədindəki rayonda yüzdən çox dinc sakinin qətlə yetirib

Əfqanıstanın Qəndəhar əyalətinin Spin-Boldak rayonu “Taliban” qruplaşmasının nəzarəti altına keçəndən sonra yüzdən çox dinc sakin öldürülüb.
“Report” “Tolo News” telekanalına istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Mirvais Stanekzay bildirib.
“Terrorçular öz başçılarının əmri ilə Spin-Boldak rayonunda günahsız sakinlərin evlərinə hücum, qarət edib, yüzlərə dinc insanə qətlə yetiriblər”, – Mirvais Stanekzay vurğulayıb.
Məlumata görə, Pakistanla sərhəddə yerləşən Spin-Boldak rayonu “Taliban” qruplaşması tərəfindən ələ keçirlmişdi. Bir müddət sonra Əfqanıstanda ordusu rayonu azad edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button