Dünya

Tailandda koronavirusun “delta+” ştamı aşkarlanıb

Tailandda koronavirusun “delta+” ştamı aşkarlanıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, koronavirusun bu yeni ştamına ilk yoluxma halı ölkə hökumətinin noyabrın 1-dən Banqkok şəhəri və 16 vilayəti beynəlxalq səyahətçilərin üzünə açmaq planlarına təsir etmir.
Krallığın Səhiyyə Nazirliyinin nümayəndəsi Marati Nalita Andamo bildirib ki, ştam tam sağalmış xəstədən götürülmüş nümunələrdə aşkarlanıb.
Xatırladaq ki, noyabrın 1-dən etibarən 46 ölkə və ərazidən olan peyvəndlənmiş turistlər karantinə salınmadan Tailanda səfər edə biləcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button