Dünya

Tailandda karantinsiz gələn turistlərin aid olduğu ölkələrin siyahısı genişləndiriləcək

Tailand hökuməti koronavirusa qarşı tam peyvənd edilmiş turistlərin ərazisinə karantinsiz gələ biləcəyi ölkələrin siyahısını 46-ya çatdırmaq qərarına gəlb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu krallığın Baş naziri Prayut Çan-Oça deyib.
Baş nazir qeyd edib ki, şərt ölkəyə təyyarə ilə gələnlərə, PCR testi mənfi olanlara və gəldikdən sonra yenidən testdən keçən şəxslərə aiddir.
Yeniliklər noyabrın 1-dən qüvvəyə minəcək.
Giriş-çıxış icazəsi alan ölkələrin siyahısı bu həftə açıqlanacaq. Siyahının iki dəfə – 1 dekabr və cari ilin 1 yanvar tarixinə qədər genişləndirilməsi planlaşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button