Siyasət
Tahir Mirkişili yenidən Avronest PA-nın komitə sədri seçilib

İrəvanda keçirilən Avronest Parlament Assambleyasının sessiyasında Enerji Təhlükəsizliyi komitəsinin sədri vəzifəsinə yenidən Tahir Mirkişili seçilib.
APA-nın məlumatına görə, komitənin həmsədri Avropa Parlamenti tərəfindən Rumıniya deputatı Ramona Strugariu seçilib.
Komitə sədrinin müavinləri isə Gürcüstan, Ukrayna, Litva və Rumıniyadan olan deputatlar seçiliblər.