Cəmiyyət

TƏBİB bir neçə xəstəxanada nöqsan aşkarladı

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşların qəbulu, vətəndaş müraciətlərinə baxılması, kargüzarlıq, eləcə də Elektron Sənəd Dövriyyəsi işinin təşkili, nəzarətin gücləndirilməsi və bu istiqamətlərdə tibb müəssisələrinə dəstəyin göstərilməsi məqsədilə monitorinqlər keçirilir.

Qurumun yaydığı məlumata görə, bu istiqamətdə aşkar edilən nöqsanlar aktlaşdırılıb, nöqsanların aradan qaldırılması üzrə metodik tövsiyələr verilib.

Monitorinqlər Mingəçevir, Samux, Ağdaş, Yevlax Rayon Mərkəzi Xəstəxanalarını əhatə edib.

Eyni zamanda, sözügedən tibb müəssisələrinin Ümumi, İnsan resursları və Maliyyə şöbələrinin əməkdaşları ilə elektron sənəd dövriyyəsi sistemi (ESDS) ilə iş üzrə təlimlər keçirilib.

Monitorinq və təlimlərin digər bölgələr üzrə də davam etdirilməsi nəzərdə tutulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button