İqtisadiyyat

Təsdiq edilmiş qlobal qaz ehtiyatlarının həcmi açıqlanıb

Ötən ilin nəticələrinə görə, təsdiq edilmiş qlobal təbii qaz ehtiyatları 2019-cu ilin sonuna olan göstəricilərlə müqayisədə 0,4% azalaraq 206,7 trln. kubmetr təşkil edib.
“APA-Economics”in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, dünyada təsdiq edilmiş təbii qaz ehtiyatları üzrə lider Rusiya olaraq qalıb. Ölkənin ehtiyatları hesabat dövründə 0,4% azalaraq 48,9 trln. kubmetr təşkil edib.
Qeyd olunur ki, qlobal səviyyədə təsdiq edilmiş qaz ehtiyatları üzrə ikinci yerdə İran olaraq qalıb. Bu ölkənin ehtiyatları bir il ərzində 0,3% artaraq 34 trln. kubmetr çatıb. Sözügedən göstərici üzrə üçüncü yerdə 23,8 trln. kubmetr ilə Qətər qərarlaşıb.
Hesabata əsasən, dünyada təsdiq edilmiş qaz ehtiyatları üzrə dördüncü yerdə 15,4 trln. kubmetrlə (+10,1% ) Türkmənistan, beşinci yerdə 13 trln. kubmetrlə (-3,6%) ABŞ, altıncı yerdə isə 8,4 trln. kubmetrlə (-10,5%) Səudiyyə Ərəbistanı qərarlaşıb.
Bu reytinqin yeddinci, səkkizinci, doqquzuncu və onuncu pillələrini isə müvafiq olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Nigeriya, Venesuela və Əlcəzair bölüşdürür.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button