Cəmiyyət

Təhsil İnstitutu iş dəftərlərinin satışda tapılmamasına münasibət bildirib

Təhsil İnstitutu orta məktəb şagirdləri üçün iş dəftərlərinin satışda tapılmamasına aydınlıq gətirib.
İnstitutdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ötən illərdə olduğu kimi iş dəftərlərinin əldə olunması “Azərpoçt MMC” vasitəsilə həyata keçirilir.
“İş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir”, – institutdan qeyd olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button