Dünya

Təcili tədbir görülməsə, 1 milyon əfqan uşaq ölə bilər: UNICEF

UNICEF xəbərdarlıq edib ki, təcili tədbirlər görülməsə, Əfqanıstanda 1 milyon uşaq kəskin qida çatışmazlığından ölə bilər.

UNICEF-in hesablamalarına görə, 2022-ci ildə 24,4 milyon əfqan, o cümlədən 13,1 uşaq humanitar yardıma ehtiyac duyacaq.

Bu rəqəmin 1,1 milyonu qida böhranı və su, kanalizasiya və gigiyena xidmətlərinə zəif çıxış səbəbindən beş yaşınadək kəskin qida çatışmazlığından əziyyət çəkən uşaqlardır.

2021-ci ildə 60,000-dən çox qızılca hadisəsi bildirilməklə, həyati təhlükəsi olan xəstəliklərin yayılması davam edir.

Talibanın İctimai Səhiyyə Nazirliyi qida çatışmazlığından əziyyət çəkən uşaqların sayının 4,4 civarında olduğunu iddia edib.

Nazirliyin sözçüsü Cavid Hacir deyib ki, Əfqanıstanda qida çatışmazlığının aradan qaldırılması üçün səhiyyə sektorunun yaxşılaşdırılması və həmçinin Əfqanıstanın səhiyyə sektorunu dəstəkləmək üçün beynəlxalq yardımın cəlb edilməsi üçün bəzi tədbirlər görülüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button