Cəmiyyət

Şuşada ilk yaşayış kompleksi tikilir

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada ilk yaşayış kompleksinin tikintisi üçün tender elan edib. Bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır. 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq və tender ilk iki blokun tikintisi üçün keçirilir.

Yaşayış kompleksi şəhərin yuxarı hissəsində, tanınmış “Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcək. Açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər.

Tender elanı ilə etender.gov.az portalında tanış olmaq olar. Tenderdə iştirak etmək istəyən təşkilatlar şərtlər toplusunu aldıqdan sonra elanda qeyd olunan ünvana tələb olunan hüquqi sənədlərlə birgə öz təkliflərini ikiqat qapalı zərfdə təqdim edə bilərlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button