İqtisadiyyat

Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirilib

ABB-nin Müşahidə Şurası növbəti iclasını Şuşada keçirib.

APA-nın məlumatına görə, bankın İdarə Heyəti ilə birgə Şuşadakı “Qarabağ” otelinin konfrans zalında təşkil edilmiş toplantıda Bankın cari inkişaf strategiyasının icrasına baxılıb, əldə olunmuş nəticələr dəyərləndirilib.

İclasda ABB-nin 2022-2025-ci illər üzrə yeni strateji hədəfləri də təqdim olunub. Növbəti strateji dövrə dair məsələlərin müzakirəsi aparılıb.

ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov bildirib: “Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın yeni inkişaf mərhələsi başlanıb. Bu ərəfədə ABB-nin yeni strategiyasının da Şuşa şəhərində müzakirəsi xüsusi önəm kəsb edir”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button