Cəmiyyət

Şuşa və Ağdama 4 mindən çox sərnişin daşınıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günə qədər 14 reys həyata keçirilib, 4 448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Sərnişinlərdən 3 049-u Şuşaya səfər edib. Onlardan 1781 nəfər Bakı-Şuşa-Bakı, 1268 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.

Ağdama isə ümumilikdə 1 399 sərnişin səfər edib. Onlardan 568 nəfər Bakı-Ağdam-Bakı, 831 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.

67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button