İqtisadiyyat

Şuşa istiqamətində dəmir yolunun layihələndirməsi aparılır

Şuşa istiqamətində dəmir yolunun layihələndirilməsi işləri aparılır.
“APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən aparır.
“Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora, yəqin ki, elektrik qatarları üçün yolun tikintisi vacib olacaq”, – deyə C. Qurbanov qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button