Mədəniyyət

“Şuşa İli”nə həsr olunmuş pyes müsabiqəsi elan olunub

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Şuşa İli”nə həsr olunmuş pyes müsabiqəsi elan edib.

Nazirlikdən  bildirilib ki, müsabiqəyə göndərilən pyeslər indiyə qədər heç bir teatrda səhnələşdirilməməlidir.

Müxtəlif janrlı əsərlərin yazılmasına heç bir məhdudiyyətin olmadığı müsabiqənin şərtlərinə görə, bir müəllif yalnız bir əsər təqdim edə bilər, yarışmaya qatılmaq üçün yaş məhdudiyyəti yoxdur, əsərlər sentyabrın 1-nə qədər qəbul edilir, son tarixdən gec göndərilən əsərlər müsabiqəyə qəbul olunmayacaq, qalib pyes müəllifi 2000 AZN məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq, iştirakçılar pyes ilə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini [email protected] ünvanına göndərməlidirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button