Dünya

Suriyada bir neçə terrorçu məhv edilib

Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 3 terrorçusunu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Barış pinarı” və “Zeytun budağı” antiterror əməliyyatları zonasında məhv edilib.
Qeyd olunur ki, silahlılar Türkiyə hərbçilərinə qarşı silahlı döyüş əməliyyatı hazırlayırmış.
Nazirlik Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında və Suriyada PKK terrorçularına qarşı əməliyyatlarının davam etdiyini vurğulayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button