İdman

Surinamın vitse-prezidenti 60 yaşında rəsmi oyunda iştirak edib

KONKAKAF Liqasında qeyri-adi hadisə baş verib.Apasport.az saytının məlumatına görə, qitəmiqyaslı klub turnirində meydana 60 yaşlı futbolçu çıxıb.Bu, Surinam “İnter”i ilə Honduras “Olimpiya”sı arasında matçda baş verib. Surinamın vitse-prezidenti və “İnter”in prezidenti olan Ronni Bryunsviyk start heyətində meydana çıxaraq 54 dəqiqə oynayıb.Onun şərəfini qoruduğu “İnter” 0:6 hesabı ilə uduzub. Maraqlıdır ki, “İnter”in ev oyunlarını keçirdiyi stadion da məhz 60 yaşlı siyasətçinin adını daşıyır.Bryunsviyk KONKAKAF Liqası tarixinə ən qoca oyunçu kimi düşüb. O, əvvəllər də “İnter”in qitəmiqyaslı turnirlərdəki oyunlarında meydana çıxıb.Qeyd edək ki, qalmaqalları ilə də yadda qalan klub prezidenti bir neçə dəfə uzunmüddətli diskvalifikasiya alıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button