İdman

“Sumqayıt”ın yeni baş məşqçisinin Bakıya gələcəyi vaxt açıqlanıb

“Sumqayıt” klubunun yeni baş məşqçisi Aleksey Baqa Azərbaycana Yeni ildən sonra gələcək.

Belaruslu mütəxəssislə müqavilə imzalandıqdan sonra rəsmi təqdimat mərasimi keçiriləcək: “Baqanın köməkçiləri də həmin vaxt bəlli olacaq”.

Komandanın yanvarın 5-də təlim-məşq toplanışına yığışacağını bildirən Məmmədov hazırlığa Bakıda start verəcəklərini söyləyib: “Toplanışın birinci mərhələsi Sumqayıtda, ikinci mərhələsi isə Türkiyənin Antalya şəhərində olacaq. Qardaş ölkədə 3 yoxlama oyunu keçiriləcək. Rəqiblər və tarixlər hələ dəqiqləşməyib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button