İdman

“Sumqayıt”ın Antalya toplanışındakı ilk rəqibi müəyyənləşib

“Sumqayıt” klubunun qış təlim-məşq toplanışında ilk rəqibi bəlli olub.

Belaruslu Aleksey Baqanın baş məşqçi olduğu komanda Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesində Macarıstan “Uypeşt”i ilə üz-üzə gələcək.

Qarşılaşma yanvarın 16-da gerçəkləşəcək.

Qeyd edək ki, 12 – 23 yanvarda Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddət ərzində daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button