Cəmiyyət

Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Dadaşov Balağa Əzizağa oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button