Cəmiyyət

Sumqayıtda avtomobili qarət edən şəxs yerindəcə tutulub

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.”Report”un məlumatına görə, hadisə şəhərdə yerləşən avtotəmir sexlərinin birində qeydə alınıb.
Əliyev Murad Adil oğluna məxsus “Nissan” markalı avtomobili sexdə olarkən qarət edilib.
Belə ki, avtomobilin 800 manat dəyərində ehtiyat hissələri oğurlanıb. Hadisəni törədən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq zamanı saxlanılıb və aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button