Cəmiyyət

Sumqayıtda 29 yaşlı şəxsin qətli ilə bağlı cinayət işi açılıb

Sumqayıtda 29 yaşlı şəxsin qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə “Report”a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, oktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button