Cəmiyyət

Sumqayıt sakini Qusarda heroinlə saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Elməddin Fərəcovu saxlayıblar. Həmin şəxsin avtomobilinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button