Mədəniyyət
Sumqayıt Dövlət Dram Teatrında premyera olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluş verdiyi “Göyçək Fatma” tamaşası kiçik yaşlı tamaşaçılara təqdim edilib.
Teatrdan APA-ya verilən məlumata görə, tamaşadan öncə teatrın direktor müavini Əməkdar artist Vidadi Məmmədov qeyd edib ki, Sumqayıt Dövlət Dram Teatrı hər zaman özünün sadiq kiçik yaşlı tamaşaçılarını düşünərək onların asudə vaxtlarının xoş keçməsi eyni zamanda mənən zənginləşməsi üçün dəyərli tamaşalara yer ayırıb.
Tamaşa məktəblilər tərəfindən böyük maraq və sevinclə qarşılanıb.