Siyasət

Sukiasyan: Azərbaycanla mehriban qonşuluq münasibətlərimiz ola bilər

“Hər hansı bir müharibədən sonra həmişə bəzi konvulsiyalar, əks hərəkətlər olur, müəyyən müddətdən sonra isə, emosionallıqdan asılı olaraq azalır, sıfıra enir. Hesab edirəm ki, qonşumuz Azərbaycanla mehriban münasibətlərin olması mümkündür”.

News.am xəbər verir ki, bunu bu gün, yanvarın 17-də Milli Assambleyada jurnalistlərə müsahibəsində parlamentin “Mülki müqavilə” fraksiyasının üzvü, tanınmış biznesmen Xaçatur Sukiasyan deyib.

Onun sözlərinə görə, dünyanın bir çox yerində qonşu ölkələr bir-birinin ümumi daxili məhsulunda kifayət qədər böyük həcminə malikdir.

“Əgər biz qonşularımızla ümumi daxili məhsulun yüksək faizinə sahib ola bilsək, onlar münasibətləri yaxşılaşdırmaq üçün yaxşı vasitə olacaqlar. Biz Azərbaycanla olan bu düşmənçiliyi övladlarımıza, gələcək nəsillərimizə ötürməyəcəyik. Atışmalar olanda onların da itkiləri olur, sivil olmaq lazımdır”, – Sukiasyan qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button