Dünya

Sudanın BMT-dəki nümayəndəsi: “Beynəlxalq ictimaiyyətin köməyinə ehtiyacımız var”

Sudanda baş verən son hadisələrə rəğmən, hökumətin beynəlxalq ictimaiyyətin köməyinə ehtiyacı var.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Sudanın təşkilatdakı daimi nümayəndəsi Məhəmməd İbrahim Elbaxi deyib.
“Bir sıra ölkələr Sudanda baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Onların narahatlığını başa düşərək, beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Sudan xalqına yardımı davam etdirməsinin zəruriliyini vurğulamaq istəyirik. Sudan gəncləri arasında qurbanların olmasını dayandırmaq üçün həm hərbçilər, həm də vətəndaşlar tərəfindən müxtəlif baxışların yaxınlaşması yollarını axtarmalıyıq”, – Elbaxı bildirib.
Qeyd edək ki, həftələrlə davam edən etirazların ardınca oktyabrın 25-də Sudan ordusu ölkənin baş naziri Abdulla Hamduku, həmçinin bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs edib. Baş nazir sonra sərbəst buraxılıb, o, hazırda ev dustağıdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button