Dünya

Sudanda hərbçilər tərəfindən saxlanılan bir neçə nazir sərbəst buraxılıb

Sudanın hərbi hakimiyyəti tərəfindən saxlanılan bəzi məmurlar həbsdən azad edilib.
“Report” xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalının tviter səhifəsində yerləşdirilən məlumatda ​​deyilir.
İlkin məlumatlara görə, azad edilənlər arasında ölkənin səhiyyə naziri Ömər Əhməd əl-Nəcib də var.
Qeyd edək ki, həftələrlə davam edən etirazların ardınca oktyabrın 25-də Sudan ordusu ölkənin baş naziri Abdulla Hamduku, həmçinin bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs edib. Baş nazir sonradan sərbəst buraxılıb, o, hazırda ev dustağıdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button