Dünya

Sudanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb

Sudanda paytaxt küçələrinə tanklar yeridilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət çevrilişi cəhdinin arxasında keçmiş Prezident Ömər əl-Bəşirin tərəfdarlarının dayandığı bildirilib.
10:44
Sudanda dövlət çevrilişinə cəhd olub.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Sudanın dövlət televiziyası məlumat yayıb. 
Bildirilib ki, bir qrup hərbçi ölkənin paytaxtı Hartumda hakimiyyəti ələ keçirmək istəyib. 
Sudanın Təhlükəsizlik Şurasının sözçüsü Muhammed Əl Faki Süleyman durumun nəzarət altında olduğunu, cəhdin qarşısının alındığını bildirib.
Xatırladaq ki, 2018-ci il dekabrın 19-da etirazlara baxmayaraq, hakimiyyətə gələn Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşir 2019-cu ildə devrilmişdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button