Dünya

Sudan ordusu Xartumda dövlət televiziya və radio binasında nəzarəti ələ keçirib

Sudan ordusu Xartum şəhərində yerləşən dövlət televiziya və radio binasında nəzarəti ələ keçirib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Ölkənin İnformasiya Nazirliyi Baş nazir Abdalla Hamdukun bütün sudanlıları küçələrə çıxaraq, inqilabı müdafiə etməyə, lakin dinc xarakterli nümayişlər keçirməyə çağırması barədə bəyanatını yayımlayıb. Bundan sonra A.Hambuk həbs olunaraq, naməlum istiqamətdə aparılır. Ölkənin informasiya naziri də saxlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button