Dünya

Stoltenberq: “Taliban”a qarşı təsir rıçaqlarımız zəifdir”

NATO Baş katibi Yens Stoltenberq alyans indiki “Taliban”a qarşı əvvəlkindən daha az təsir gücünə malik olduğunu etiraf edib.
“Report” xəbər verir ki, o, bu barədə Corctaun Universitetində çıxışı zamanı deyib.
“Əlbəttə, hələ də rıçaqlarımız var. Zəif olsa da, bu təsir sıfıra endirilməyib”, – alyans rəsmisi vurğulayıb.
Stoltenberq, həmçinin bildirib ki, Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra “Taliban”la bağlı hər hansı razılıq əldə edilməsə də, NATO-nun “taliblər”in gələcək siyasəti ilə bağlı müəyyən gözləntiləri var.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button