Dünya

Şri-Lankada etriazçılar Rajapaksa hökumətini tiran adlandırıb

 

Paytaxt Kolombonun ərazisindəki “Galle Face”də Baş nazir Mahinda Rajapaksa və prezident Qotabaya Rajapaksa qarşı ölkədə iqtisadi böhrana qarşı etiraz etmək üçün kütləvi izdiham toplaşmaqda davam edir.

Yerli media xəbər verir ki, etirazçılar qohumbazlıqla dolu Rajapaksa hökumətini tiran adlandırıb. Qəzəbli xalq siyasi sistemin dəyişdirilməsini, iqtisadiyyatın hazırkı vəziyyətinə görə Rajapaksasın məsuliyyət daşıdığını, həmçinin prezident və baş nazirin həbsə atılmasını və onların aktivlərinin dondurulmasını tələb edir.

Aksiya iştirakçıları üzərində hökumət əleyhinə şüarlar yazılmış plakatlar daşıyıblar. Uşaqlar əllərində “yaxşı gələcəyə ehtiyacımız var”, “bütün Rajapaksa pullarını dondurun” şüarları yazılmış plakatlar tutub.

Ada ölkəsi müstəqillik əldə etdikdən sonra ərzaq və yanacaq qıtlığı, artan qiymətlər və elektrik enerjisinin kəsilməsi ilə ən pis iqtisadi böhranla üzləşdiyi üçün paytaxt Kolombodakı Galle Face Green ərazisində kütləvi etiraz aksiyası davam edir.

Bu, Şri Lankanın Yeni ilini qeyd etdiyi bir vaxta təsadüf edir. Şri-Lankalılar hökumətin iqtisadi vəziyyəti idarə etməsinə etiraz edir və prezident Qotabaya Rajapaksa və baş nazir Mahinda Rajapaksanın istefasını tələb edirlər.
Etirazçılar Rajapaksa hökumətini korrupsiya və yanlış idarəçilikdə ittiham edirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button