Dünya

Şotlandiyada partlayış zamanı bir neçə nəfər xəsarət alıb

Şotlandiyanın cənub-qərbindəki Era şəhərində baş verən güclü partlayışdan sonra üç nəfər xəstəxanaya çatdırılıb.
“Report” xəbər verir ki, bu barədə BBC-yə Şotlandiyanın Təcili Tibbi Yardım Xidmətindən məlumat verilib.
Hadisə yerinə 6 təcili yardım maşını və tibbi helikopter göndərilib. “Üç xəstə Kroshaus (Qlazqo yaxınlığında) Xəstəxanasına çatdırılıb”, – həkimlər agentliyə bildirib.
Hələlik ölənlər barədə məlumat yoxdur. İlkin məlumatlara görə, qəzaya səbəb məişət qazının sızması olub. Qeyd edilir ki, ölkənin Qazpaylayıcı Şəbəkəsinin əməkdaşları hadisə yerindədir.
BBC-nin məlumatına görə, partlayış nəticəsində iki mərtəbəli fərdi yaşayış binası tamamilə, digər binanın divarları dağılıb. “Daily Express” isə öz növbəsində iki binanın dağıldığını bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button