Cəmiyyət

Son sutkada koronavirus infeksiyasına 2 685 yoluxub – 24 nəfər ölüb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 685 yeni yoluxma faktı qeydə alınıb, 6 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunur ki, son sutkada 24 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 774 394 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 734 386 müalicə olunaraq sağalıb, 9 235 nəfər vəfat edib. 30 773 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 629, bu günə qədər isə ümumilikdə 6 485 357 test icra olunub.

Ötən gün koronavirus əleyhinə 30 796 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 196, ikinci mərhələ üzrə – 1 389, üç və daha çox doza üzrə – 25 233 təşkil edir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 978 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 787 590, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 327, ikinci mərhələ üzrə 4 774 963, üç və daha çox doza üzrə – 2 533 318. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button