Cəmiyyət

Son sutkada Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub – ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 60 nəfərdir.

Ölkədə son sutka ərzində 2 841, hazırkı dövrədək isə 6 832 323 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button