Cəmiyyət

Son sutkada Azərbaycanda 21 nəfər koronavirusa yoluxub – ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xəstəlikdən ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 412 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 584 nəfər müalicə olunaraq sağalıb, 9706 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

Ölkədə son sutka ərzində 4522, hazırkı dövrədək isə 6 780 926 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button