Cəmiyyət

Son sutkada Azərbaycanda 14 nəfər COVID-19-a yoluxub – ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 349 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 506 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib, aktiv xəstə sayı 138 nəfərdir.

Ölkədə son sutka ərzində 3 776, hazırkı dövrədək isə 6 766 600 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button