Mədəniyyət

Şon Penn Rusiyanın Ukraynaya müdaxiləsi barədə film çəkəcək

Tanınmış Amerika aktyoru və kinorejissoru, Oskar mükafatı laureatı Şon Penn Rusiyanın Ukraynaya hərbi müdaxiləsi haqqında sənədli film çəkəcək.

APA NTV-ə istinadən xəbər verir ki, Hollivud ulduzu Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Şon Penn bir çox qərb liderlərinin göstərə bilmədiyi cəsarət nümayiş etdirir”, – Ukrayna prezidentinin ofisinin bəyanatında deyilib.

Qeyd edək ki, Penn bundan öncə Meksika narkotik karteli El Çapo haqqında sənədli film çəkib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button