Siyasət

SON DƏQİQƏ: bu ərazilər də Azərbaycana QAYTARILIR – Ermənilərə sabah saat 17:00-dək VAXT VERİLDİ

Sabah saat 17:00-a qədər Zəngəzur istiqamətindəki bütün əlverişli yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək.

Savash.org  Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.

İlk Qafan ətrafındakı yüksəkliklər boşaldılır. Çünki bu ərazilər Azərbaycanın dövlət sərhədinə daxildir. Ermənilərə sabaha qədər vaxt verilib.

“Damcılı kəndinin və ətrafdakı yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi bütün Qafan rayonuna nəzarət etmək imkanı verir”, – erməni mənbələr yazırlar.

Erməni teleqram kanalları isə yazır ki, yüksəkliklərin təhvil verilməsindən sonra Qafan rayonunun kəndləri atəş məsafəsində olacaq və orada yaşamaq mümkün olmayacaq. Bu kəndlərə azərbaycanlı qaçqınlar qayıdacaq. Hazırda ermənilər ərazini tərk edir.

Dövlət sərhədi beynəlxalq səviyyədə tanınmış ərazilərə uyğun olaraq, Qafandan Mehriyə qədər bərpa edilir.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button